Bazar, 19 May 2024, 11.46.05
Welcome Guest | RSS
Site menu
Statistika

Saytda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Sayğac
Saytda Axtar
Təqvim
«  Fevral 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Xəbər Arxivi

Zillət bizdən uzaqdır.

Main » 2010 » Fevral » 6 » BALACA UŞAQLAR ÜÇÜN İSLAM DÜNYASI
15.32.33
BALACA UŞAQLAR ÜÇÜN İSLAM DÜNYASI
BALACA UŞAQLAR ÜÇÜN


İSLAM DÜNYASI


Mənim dinim



\

İslamdır mənim dinim, dinlərin ən gözəli 

"Allah birdir” deməkdir dinimizin təməli.

Peyğəmbərim Məhəmməd, iki cahan günəşi,
Peyğəmbərlər içində yoxdur onun bənzəri.

Bu dini Tanrımızdan gətirən odur bizə,
Bu din nurlar yağdırır göylərdən üstümüzə.

Bu din deyir: "Təmiz ol” bu din deyir: "Doğru ol”.
Bu dindən daha gözəl varmıdır başqa bir yol?

Kitabımız Qurandır, oxuyuruq hər zaman
Çox şükürlər Allaha müsəlmanıq, müsəlman.

Yorulmadan uçanlar


Bəlli bir hədəfi olan və buna çatmaq üçün bir yerə yığışıb, köməkləşərək həmrəylik içində hərəkət edənlər məqsədlərinə tez və asanlıqla çatırlar. Hətta yerdən minlərcə metr uzaqda olsalar da. Nədən bəhs edirəm? İsti ölkələrə köçərkən havada "V” şəkilində düzülən qazlardan.
Köçərkən bir-birindən ayrılmayan qazlar əvvəlcə havada "V” şəkilində düzülürlər, beləliklə hər bir qazın qanad çalmasıyla meydana gələn hava axını arxasında gələnin işini asanlaşdırır və o, daha rahat uçur. Birlikdə hərəkət etdikləri üçün bir qazın tək başına gedə biləcəyi yolun iki qatı qədər yol gedirlər. Qazlardan hər hansı biri dəstədən ayrılsa, uçmağı çətinləşir və vaxt itirmədən yoldaşlarının yanına qayıdır.
Uçarkən havada meydana gətirdikləri "V” şəklini pozmayan qazlar, öz aralarında tez-tez yer dəyişdirirlər. Qrupun başında uçan lider qazın önündə hava axını meydana gəlmədiyi üçün o, digərlərindən daha çox güç sərf edir. Yorulanda ən arxaya keçir və ondan sonrakı qaz lider olur.
Beləliklə, hər qaz qrupun lideri olur. Əgər aralarında xəstələnən, ya da yaralanan olsa, onu tək qoymurlar. Görəsən, bu birliyi, həmrəyliyi, bir-birinə yardım etməyi onlara kim öyrədib?!

Bunları bilirsinizmi???


Dəvəquşunun gözü beynindən böyükdür.
Bir buz dağı təxminən 20 000 000 ton ağırlığındadır.
Dünyanın 1500-ə qədər çay növü var. Bunların hamısı "Camellia Sinensis” adlanan bir bitkidən əldə edilir.
Yetişkən bir insanın bədənindəki qanın miqdarı 5 litrdir.

Düşün!

Hərəsi neçə yumurta yedi?
İki oğul və iki ata 3 yumurtanı yedilər. Onların hərəsi neçə yumurta yedi?
Ötən sayımızdakı "Neçə nəfərdir?” məsələsinin düzgün cavabı: 4 qardaş, 3 bacı.

Xörəyi neçə yeməliyik


İslam dini bizlərə həyat tərzini öyrətmiş və yaxçı yaşamaq üçün faydalı proqramlar vermişdir. Bu din bizim üçün yemək , içmək tərzini də göztərmişdir ki, onların hamısına düzgün əməl etsək sağlam olarıq.


Xörək yeməyin tərzi

1.Xörək yeməzdən əvvəl və sonra əllərinizi təmiz yuyun.
2.Yeməyə Allahın adı ilə başlayıb "Bismillahir-Rəhmanir-Rəhim” deyin
3.Kiçik tikələr götürün və lazımi qədər çeynəyin. Çünki qida nə qədər artıq çeynənərsə, asanlıqla həzm olunar. Beləliklə də insanın sağlamlığına kömək edər.
4.Öz qabağınızdakı xörəkdən yeyin, başqalarının qabağındakı xörəyə əl uzatmayın.
5.Doymazdan əvvəl yeməkdən əl çəkin, çox yeməyin.
6. Yeyib qurtardıqdan sonra Allaha şükr edərək "Əlhəmdulillah” deyin.
7.Yeməyə Allahın adı ilə başlayır, Allaha şükr etməklə qurtarırıq.

Category: Maraqlı yazılar | Views: 2184 | Added by: _Gunahkar_ | Rating: 5.0/1
Total comments: 2
2 _Gunahkar_  
0
Ser gozeldirr

1 The_First  
0
ser cox gozeldir... smile diger melumatlarda maraqlidi... friends

Only registered users can add comments.
[ Registration | Login ]