Bazar, 19 May 2024, 11.46.03
Welcome Guest | RSS
Site menu
Statistika

Saytda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Sayğac
Saytda Axtar
Təqvim
«  Fevral 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Xəbər Arxivi

Zillət bizdən uzaqdır.

Main » 2010 » Fevral » 6 » Dua
02.36.28
Dua
 

D U A L A R

Sığınacaq axtaranların sözü qorunmaq istəyənlərin daimi zikri olan ALLAHIN adı ilə.Zülmkarların zülmündən .həsəd edənlərin məkr . hiyləsindən və zalımların tüğyançılığından Allah-taalaya pənah aparıram.Ona həmd edənlərin həmdinin fövqündə həmd edirəm.

İlahi yalnız Sənsən şəriksiz vahid kiminsə səni mülk sahibi etməyinə ehtiyacı olmayan maliksən hökmündə müxalifət mülkündə çəkişmə olmaz.Səndən istəyirəm bəndən və rəsulun Muhəmmədə salavat göndərəsən nemətlərinə şükr etməyi mənə elə nəsib edəsən ki. Axırda sənin ən yaxın rizayətinə səbəb olsun.Sənə itaət və həmişə ibadət etməkdə və savaba nail olmaqda öz lütf və inayətləinlə yardım et. Və məni mənə mənfətli olan işlər görməyə müvəffəq et.Öz kitabınla qəlbimi genişləndir.onu tilavət etməklə günahlarımı yu.Din və nəfsimi sağlam et.Əxlaqımı yaxşılaşdır ki mənimlə ünsiyyətdə olanlar məndən vəhşət etməsinlər.İndiyə qədər mənə ehsan etdiyin kimi eləcə də ömrümün qalan hissəsində də ehsanını mənə tamamla Ey rəhm edənlərin ən rəhmlisi.

Həmd yalnız o Allaha məxsusdur ki yer və göyü yaradarkən heç kimi şahid tutmadı Və yaradarkən köməkçi götürmədi.İlahiyyətində şərik qoşulmadı və vəhdaniyyətində bir kəsə ehtiyacı olmadı Dillər Onu axıra qədər vəsf etməkdə ağıllar isə onun(zatı) barəsində tam mərifət kəsb etməkdə acizdir.Cabbarlar (zalımlar)Onun heybəti müqabilində xar böyük şəxsiyyətlər Onun xəşyəti qarşısında kiçik üzlər Onun əzəməti müqabilində ram və zəlildir.Belə isə əbədi came və kamil həmd Sənə məxsusdur. Onun əbədi təhiuuət və daimi salamı Rəsulu Muhəmmədə olsun.İlahi bu günümüh əvvəlin səlah ortasın fəlah (qurtuluş)və axırını asanlıq qərar ver.Sənə pənah aparıram elə bir gündən ki. əvvəli qorxu ortası səbirsizlik ahu-fəğan və axırı isə dərd-bəla əzab-əziyyət ola.İlahi Sənin dərgahına vəfa etmədiyim bütün nəzrlərdən və vəfalı qalmadığım bütün əhdlərdən tövbə edirəm.Sənin bəndələrinin mənim üzərimdə olan haqlarını ödəmək üçün Səndən kömək istəyirəm.Sənin bəndələrinin hər birinin mənimüzərimdə haqqı olmuş olsa onun özü namusu mal dövləti əhləyalı övladı barəsində ona zülm etmiş olsam yaxud öz meylim həvayi nəfs təkəbbür xudbinlik həsəd riya və əsəbləşmək üzündən onu çətinliyə salmış olsam hal hazırda yanında və qaib diri və ya ölmüş olsa əlimdə onun haqqını qaytarmaqda bir şey olmasa və ya əlim ona çatmadığı üçün ondan halallıq ala bilməsəm onda Səndən istəyirəm ey insanların hacət və istəklərinə malik olan kəs bu hacətlər Sənin məşiyyət və istəyinlə rəva olunur.Sənin iradənlə surətlə yerinə yetiriir;istəyirəm ki Həzrət Muhəmməd və onun Əhli-beytinə salavat göndərib onu məndən Özün istədiyin tərzdə razı salasan.Öz dərgahından olan rəhmət bəxş edəsən.Bağışlammaq Sənin fəzlini azaltmaz nemət əta etməyin Sənə zərər yetirməz.Ey rəhm edənlərin ən rəhmlisi.Birincisi Sənin itaətlərində olmaqla səadət. axırında bağışlanmaqla verdiyin nemət ey mənim ilahim və ey o kəs ki Səndən başqası günahları bağışlamaz

Həmd olsun Allaha həmd onun haqqıdır.Ona layiq olduğu tərzdə çoxlu həmd edirəm.Allaha pənah aparıb sığınıram nəfsimin şərindən.Çünki nəfs insanı Rəbbinin rəhm etdiyi şəxslərdən başqa pisliklərə sürükləyir.Pənah aparıram Allaha şeytanın şərindən.o şeytan kiməni günah üstündən günahımı artırır.Allaha pənah aparıram hər günahkar zalımdan zülmkar hakimdən və güclü düşmənimdən.İlahi məni öz qoşunundan qərar ver çünki həqiqətən yalnız Sənin qoşunun qalibdir.Məni öz hizbindən qərar ver çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır.Məni öz dostlsrından qərar ver çünki həqiqətən yalnız Sənin dostların üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməzlər.Pərvərdigara mənim dinimi islah et çünki o işlərimin ismətidir.Axirətimi də islah et çünki o əbədi qərargah evimdir alçaq insanlarla qonşuluqdqn sığınacaq yerimdir.Həyatımı hər bir xeyir işdə artım səbəbi vəfatımı bütün şərlərdən xilas olma səbəbi qərar ver.Pərvərdigara Həzrəti Muhəmmədə peyğəmbərlərin sonuncusuna və mürsəl peyğəmbərlərin sayının tamamlayıcına onun pak-pakizə Əhli-beytinə. Nəcabətli səhabələrinə salavat göndər.bütün qəm-qüssəmi aradan qaldır bütün düşmənlərimi dəf et.Səni and verirəm adların ən yaxşısı olan Allah adına yerin və göyün Rəbbi olan Allah adına .Əvvəli Sənin qəzəbin olan bütün xoşagəlməz işlərdən Səndən sığınacaq istəyirəm.Əvvəli Sənin raxılığın olan bütün bəyənilən şeylər Səndən istəyirəm.Mənin ömrümü öz tərəfindən olan bağışlanmağınla sona yetir.Ey ehsan sevən ALLAH.
hƏMD və səna yalnız o Allaha məxsusdur ki gecəni örtük yuxunu aramlıq gündüzü iş fəaliyyət vasitəsi qərar verdi.İlahi Sənə həmdedirəm ki məni qəbrimdən (yatağımdan )dirildib qaldırdın və əgər istəsəydin bu (müvvəqəti) ölümü əbədi ölüm qərar verərdin.Sənə həmd edirəm daimi məxluqatın sayını hesablaya bilməyəcəyi qədər bir həmd ilə.PərvərdigaraSənə həmd edirəm ona görə ki məni xəlq edib xilqətimi normal qərar verdin işlərimi təqdir edib (hacətlərimi) rəcs qıldın məni öldürüb sonra diriltdin xəstələndirib sağaltdın və afiyət verdin.İmtahan edib nemət əta etdin.Ərşə hakim kəsilib mülkünü hər tərəfdən əhatə etdin . Pərvərdigara mən Səni vasitələri zəif olan çarələri əcəli yaxınlaşan dünyada arzuları yaxınlaşan Sənin rəhmətinə ehtiyacı şiddətlənən öz təfritinə həsrəti böyüyən sapmaları və həlakatı çoxalan Sənin dərgahına tövbəsi xalis olan bir bəndən kimi Səni çağırıram.Pərvərdigara peyğəmbərlərin sonuncusu olan Həzrəti Muhəmməd və onun pak-pakizə Əhli-beytinə salavat göndər.O həzrətin şəfaətini mənə nəsib et onunla (cənnətdə)həmsöhbət olmaqdan məni məhrum etmə.Həqiqətən Sən rəhm edənlərin ən rəhmlisisən.Pərvərdigara (həftənin 4-cü günündə mənə 4 şeyi əta et qüvvəmi Sənə itaət etməkdə rəğbətimi Sənin verəcəyin savabda sevincimi Sənə ibadət etməkdə zahidliyimi isə Sənin tərəfindəndərdli əzaba səbəb olan şeylərdən uzaq olmaqda qərar ver.Həqiqətən Sən istədiyin şeylərə qarşı lətif (lütf sahibi)sən.
Bağışlayan və mehriban Allahın adı ilə.Həmd və səna o Allaha məxsusdur ki,öz qüdrəti ilə qaranlıq gecəni aparıb işıqlı gündüzü öz rəhməti ilə gətirdi,gündüzün işıq libasıni mənə geyindirdi,mən də onun nemətlərinə qərq olmuşam.Pərvərdigara bu gündə məni və ailəmi sağladığın kimi sair günlərdə də sağ-salamat saxla.Həzrət Muhəmməd və onun övladlarına salavat göndər bu gün və bundan sonrakı gecələrdə və gündüzlərdə haram işlərə mürtəkib olubgünah əməl kəsb etdiyib üçün mənə əzab vermə.Bu günün onda olanların və ondan sonrakı günlərin xeyrini mənə nəsib et bu günün onda olanların və ondan sonrakı günlərin şərini məndən uzaqlaşdır.Pərvərdigara həqiqətən mən ,İslam əhd-peymanı ilə Sənə təvəssül edirəm,Quranın ehtiramına Sənə etimadedirəm.Muhəmməd və oun Əhli-beytinə Sənin yanında şəfaətçi seçirəm.Ümid etdiyim əhd-peyman səbəbilə mənim istəklərimi rəca qıl.Ey rəhm edənlərinən rəhmlisi.Pərvərdigara beşinci (cümə axşamı) günündə mənə beş şeyi nəsib et.Bu gündə mənə genişlənən yalnız kərəm nəzərlərin olsun,məni yalnız nemətlərin əhatə etsin.elə bir sağlamlıq əta et ki.onunla Sənə itaət etmək üçün qüvvəli olum, elə iibadət qismət et ki,onunla Sənin çoxlu savabına nail olum, halal ruzi genişliyi əta et qorxulu hallardaöz tərəfindən olan əmin amanlıqla məni və ailəmi amanda saxla .qəm-qüssə tufanlarından özün saxla,Muhəmməd və ali Muhəmmədə salavat göndər.ona təvəssül etməyimi qiyamət günü şəfaətçi və faydalı et. Həqiqətən Sən rəhm edənlərin ən rəhmlisisən.

Cümə gününün duası

Bağışlayan və mehriban Allahın adı iləHəmd olsun hər şeyin dirildib inşa edilməsindən qabaq oilan bə hər şeyin fani olmasından sonra qalan hər şeyi bilən Allaha ,elə bir Allaha ki.onu yad edənləri unutmaz.ona şükr edənləri naqis etməz ,onu çağıranları məyus etməz.Ona ümüd bağlayanların ümüdünü kəsməz.Pərvərdigara mən Səni şahid tuturam və Sən şahidlik cəhətindən hər şeyə kifayətsən habelə Sənin bütün mələklərini,asimanlarının sakinlərini .ərşini həml edənləri.göndərdiyin peyğəmbərləri rəsulları. Yaratdığın məxluq növlərini şahid tuturam ki,həqiqətən mən şəhadət verirəm ki,Səndən başqa ibadətə,pərəstişə layiq loan heç bir məbud yoxdur ,təksən,şərikin və müqabilin yoxdur.Öz sözünə vəfasız çıxmazsan ,dəyişdirməzsən.Həmçinin şəhadət verirəm ki Muhəmməd (Sənin salamın ona və onun Əhli-beytinə olsun) Sənin bəndən , rəsulun olub onun öhdəsinə qoyduğun ilahi risaləti layiqincə bəndələrinə yetirdi .Asllah yolunda layiqcəsinə cihad etdi . haqq olan savaba müjdə verib . sadiq olan cəzalardan çəkindirdi.Pərvərdigara nə qədər ki,diriyəm məni öz dinində sabitqədəm et və qəlbimi hidayət olunduqdan sonra azğınlığa salma, öz yanından mənə rəhmət əta et.Həqiqətən Sən çox bəxşiş edənsən. İlahi Muhəmməd və onun Əhli beytinə salavat göndər, məni onun həqiqi işlərindən , ardıcıllarından qərar ver, məni onun zmrəsində məhşərə gətir və cümə gününün vacib əməllər,ibadət və itaətlərini yerinə yetirməkdə məni müvəffəq et.cümə günlərinin əhlinə qiyamət günündə verəcəyin ətadan ( məhrum etmə ) Həqiqətən Sən izzətli və hikmətlisən.

Category: Dualar | Views: 2162 | Added by: _Gunahkar_ | Rating: 0.0/0
Total comments: 2
2 _Gunahkar_  
0
Amin qaedasim Amin

1 The_First  
0
Allah dualarimizi qebul etsin...amin...

Only registered users can add comments.
[ Registration | Login ]