Bazar, 19 May 2024, 13.05.52
Welcome Guest | RSS
Site menu
Statistika

Saytda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Sayğac
Saytda Axtar
Təqvim
«  Fevral 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Xəbər Arxivi

Zillət bizdən uzaqdır.

Main » 2010 » Fevral » 9 » Hədislər
23.53.05
Hədislər
Məhəmməd Peyğəmbər (s.ə.s)

"Əgər qonşu səndən kömək istəsə kömək et, borc istəsə borc ver, sənə ehtiyacı olsa ehtiyacını aradan götür. Başına bir müsibət gəlibsə, ona ürək-dirək ver, könlünü al, bir xeyir işi olanda onu təbrik edib gözaydınlığı ver, xəstələnsə ona baş çək, halı ilə maraqlan, dünyadan köçəndə dəfnində iştirak et. Evini onun evindən hündür tikmə ki, ona tərəf gələn hava axınının qarşısını alasan, amma özü icazə verərsə eybi yoxdur. Öz övladının əlinə meyvə verib bayıra çıxarma ki, qonşunun övladı onun əlində meyvəni görüb narahat olar. Qazanda bişirdiyin xörəyin iyi və tüstüsü ilə qonşunu narahat etmə, əgər bunu bacarmasan, onda yeməkdən bir qədər ona göndər".


"Oğlum, sənə dörd şey öyrədimmi ki, onlara əməl etməklə həkimə ehtiyacın olmasın? Dedi: "Bəli, ata, öyrət". Həzrət buyurdu: "Sağlamlıqdan gözəl heç bir paltar yoxdur. Odur ki acmayınca süfrə başında oturma, yeməkdən tam doymamış süfrədən qalx, yeməyi yaxşı çeynə və yatmaq istəyəndə ayaqyoluna get. Əgər bunlara əməl etsən, həkimə möhtac olmazsan. Bir də oğlum, isti yeməyi soyut. Çünki sevimli Peyğəmbərimizin qabağına isti yemək qoyulduqda, o buyurdu: "Qoyun soyusun, Allah bizə od yedizdirmir, bərəkət soyuq yeməkdədir. Unutma, oğlum, sağlamlıq nemətlərin ən yaxşısıdır".

Məhəmməd Peygəmbər (s.ə.v.s.);

"Allah-Təala qadınlara qarşı kişilərdən daha mehribandır. O kişi ki anasına, həyat yoldaşına, qızına, bacısına, nənəsinə, qayınanasına, xala-bibilərinə və digər doğma qadınlara yaxşılıq edərək qəlbini açır, Qiyamət günündə Allah tərəfindən böyük mükafat alacaq. Əgər kişi bazara daxil olub ailəsinə bir hədiyyə alsa, min yetimə sədəqə vermiş kimidir. Özü də hədiyyə paylayanda birinci qız uşaqlarından başlamaq lazımdır. Unutmayın, oğlanlar nemət, qızlar isə yaxşılıqdırlar. Allah nemətlərə görə sorğu-sual edər, yaxşılıqlara görə isə mükafat verər

Imam Əli(ə);

"Bir gün Həzrət Məhəmməd Peyğəmbər bir kişinin iki övladından birini öpdüyünü, digərini isə öpmədiyini gördü. Sevimli Peyğəmbərimiz bu səhnədən çox narahat oldu və belə buyurdu: "Nəyə görə onların arasında ayrı-seçkilik saldın? Övladlarınız arasında fərq qoymayın! Uşaqlarınızın sizə ehtiram və hörmət qoymaqda ədalətli olmalarını istədiyiniz kimi, siz də onların arasında ayrı-seçkilik salmayın!".

Imam Sadiq (ə):

"Bilirsinizmi Novruz günü nə günüdür? Bu günün qədim kökü var. Novruz Allahın bəndələrdən Ona ibadət etmələrinə və heç nəyi Allaha şərik qoşmayacaqlarına, elçilərinə, imamlara iman gətirəcəklərinə vədə aldığı bir gündür. Novruz - günəşin doğduğu ilk gündür. Novruz Bayramı yaxınlaşanda bədənini yu, ən təmiz paltarlarını gey, ən xoş qoxulu ətirlərlə özünü ətirləndir".

Davud Peyğəmbər (s.ə.s)Həzrət Loğmana belə buyurdu:

"Get bir qoyunu kəs və onun bədəninin iki ən yaxşı hissəsini mənə gətir!". Həzrət Loğman gedib qoyunu kəsir və onun dili ilə ürəyini gətirir. Həzrət Davud deyir: "İndi isə get onun iki ən pis hissəsini gətir". Həzrət Loğman gedib yenə də qoyunun dili və ürəyini gətirir. Davud Peyğəmbər bunun səbəbini soruşduqda, Həzrət Loğman belə cavab verir: "Ürəyin və dilin yaxşı olması bütün bədənin yaxşı olmasıdır. Onların pis olması yenə də bütün bədənin pis olmasına dəlalət edir".

Isa Peyğəmbər:

Bir gün bir neçə nəfər İsa Peyğəmbərin bir əxlaqsız qadının evindən çıxdığını gördülər. Ona yaxınlaşıb belə bir insanın evinə getdiyinə görə onu qınadılar. İsa Peyğəmbər isə cavabında belə söylədi: "Allah biz peyğəmbərləri insanlara təbib kimi göndərib. Biz onların çirkaba batmış ruhlarını, qəlblərini təmizləməyə, sağaltmağa gəlmişik. Bu qadının da təbibə çox ehtiyacı var".

Həzrət Loğman:

Həzrət Loğman öz oğluna bunları tövsiyə etmişdi: "Övladım, sənə deyəcəklərimə diqqətlə qulaq as! İki şeyi unut və iki şeyi yaddan çıxartma. Etdiyin yaxşılıqları unut. Daim onları özünə xatırlatsan, bil ki, hər xatırlamada sənə yazılan savab azalacaq. Bir də sənə olunan pisliyi unut. Çünki yaddaşında və qəlbində qalan kin səni uçurma aparar. Unutmayacağın isə Allah və imanındır.

Category: Hədislər | Views: 1167 | Added by: The_First | Rating: 0.0/0
Total comments: 2
2 The_First  
0
hamimizdan...

1 _Gunahkar_  
0
cox sag ol Qardas allah razi olsun senden

Only registered users can add comments.
[ Registration | Login ]