Bazar ertəsi, 06 May 2024, 17.55.37
Welcome Guest | RSS
Site menu
Statistika

Saytda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Sayğac
Saytda Axtar
Təqvim
«  Fevral 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Xəbər Arxivi

Zillət bizdən uzaqdır.

Main » 2010 » Fevral » 14 » “MEHDİ (Ə) TEZLİKLƏ ZÜHUR EDƏCƏK”
01.17.05
“MEHDİ (Ə) TEZLİKLƏ ZÜHUR EDƏCƏK”

 

"MEHDİ (Ə) TEZLİKLƏ ZÜHUR EDƏCƏK”

 

İranın dini lideri İslam ölkələrini ordularını birləşdirməyə və bu hadisəyə hazırlaşmağa çağırdı

 

İranın dini lideri ayətullah Əli Xamneyi İmam Mehdinin (ə) tezliklə zühur edəcəyi haqda sensasion bəyanatla çıxış edib. Dini liderin adından yayılan açıqlamada deyilir ki, islam ölkələri öz ordularını birləşdirməli və İmam Mehdinin zühur etməsinə hazırlaşmalıdır. Xamneyinin bu bəyanatı onun sözçüsü Əl-Səidi tərəfindən yayılıb. Bəyanatda deyildiyinə görə, ABŞ və İsrail kimi ölkələr Mehdinin zühur etməsinin qarşısını almağa çalışacaq. Ona görə də İran, Türkiyə, Livan, Pakistan və Əfqanıstan kimi İslam ölkələri öz ordularını birləşdirərək buna qarşı hazır olmalıdır.

 

"İslam ölkələri öz ordularını birləşdirib Mehdinin (ə) gəlişini gözləməli və dünyada köklü dəyişikliklərə hazır olmalıdır” - deyə, Xamneyi bildirib.

Əl-Səidi deyib ki, İran Silahlı Qüvvələri Xamneyiyə tabedir və Mehdi (ə) zühur edəndə onun əmrlərini yerinə yetirəcək. Onun sözlərinə görə, ayətullah Xamneyi Mehdinin (ə) birbaşa təmsilçisidir, ona görə də ruhani liderə itaət etmək birbaşa Mehdiyə (ə) itaət etmək kimidir. Qeyd edək ki, şiə inanclarına görə, Mehdi 1141 il əvvəl qeybə çəkilən 12-ci imamdır. İraqın Samirə şəhərində qeybə çəkilən Mehdinin (ə) İranın Qum şəhərində zühur edəcəyi deyilir. İnanclara görə, o zühur edəndə dünyadakı bütün haqsızlıqları ortadan qaldıracaq. Mehdinin (ə) Yer üzündə 7, 9 və ya 19 il qalacağı deyilir. Bəzilərinə görə, Mehdi (ə) xristianlığa və yəhudilərə qarşı olacaq, iranlı ayətullahlara görə o əvvəlcə xristianlardan və yəhudilərdən İslam dininə keçməyi tələb edəcək, bunu qəbul etməsələr onları məhv edəcək.

Lakin ekspertlərə görə, İranın indiki hakimiyyəti Mehdinin (ə) zühur edəcəyi ilə bağlı şiə təriqətində mövcud olan inancları siyasiləşdirir, bundan Qərbə qarşı istifadə etməyə çalışır. Bu baxımdan İranın dini liderinin bəyanatı əslində müsəlman ölkələrin İranın ətrafında birləşərək ABŞ və İsrailə qarşı vahid cəbhədə yer almasına çalışmaq məqsədi güdür. "İslami Dəccal” adlı kitabı çapdan çıxan amerikalı ekspert Joel Riçardson da deyir ki, Mehdi (ə) inancı daha çox şiə müsəlmanlar arasında yayılıb: "Lakin İranda Mahmud Əhmədinejadın hakimiyyətə gəlişindən sonra bu inanca siyasi məna yüklənməyə başlanıb. Ötən il Əhmədinejad çıxışlarından birində İranı əslində İmam Mehdinin (ə) idarə etdiyini demişdi və din xadimləri onun bu inancı siyasiləşdirməsinə qarşı çıxmışdı. Hətta nüfuzlu din xadimlərindən biri demişdi ki, Mehdinin (ə) hökumətin işlərini dəstəklədiyini demək ən böyük günahdır. Çünki İmam Mehdi (ə) heç vaxt İrandakı  30 faiz inflyasiyanı və hakimiyyətin yol verdiyi səhvləri dəstəkləməz”.

Category: Xəbərlər | Views: 1551 | Added by: _Gunahkar_ | Rating: 5.0/1
Total comments: 4
4 Muselman  
0
Amin Insallah

3 Resoka  
0
agani gormey bizede nesib olsaydi ne gozel olardi belkede kimlerse sehid oldu men her an din ucun sehid olmaqa haziram.
Bes siz?

2 tekstilist  
0
HM.Chox saqol....

1 _Gunahkar_  
0
Əl ƏCƏL ƏL ƏCƏL ƏL ƏCƏL

Only registered users can add comments.
[ Registration | Login ]