Bazar, 19 May 2024, 08.51.27
Welcome Guest | RSS
Site menu
Statistika

Saytda olanlar: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Sayğac
Saytda Axtar
Təqvim
«  Fevral 2010  »
BB.eÇ.aÇC.aCŞ
 123456
78910111213
14151617181920
21222324252627
28
Xəbər Arxivi

Zillət bizdən uzaqdır.

Main » 2010 » Fevral » 7 » Qeybət haqqında
00.39.00
Qeybət haqqında
 

Qeybət

Qeybət ona deyərlər ki, başqa adamın haqqında elə söz deyilsin ki, əgər o adam bu sözü eşitsə, ondan xoşu gəlməz.

Bu söz onun bədənində, paltarında, nəslində olan nöqsan barəsində və ya ona məxsus olan başqa bir şey haqqında ola bilər.

Odur ki, el arasında adamlara qoyulan nalayiq ləqəblər, məs: çopur, çolaq, uzunduraz, kosa və sair kimi sifətlər, çoxdanişan, yalançı,gopçu, kimi xüsusiyyətlər, həmmal, süpürgəçi, cındırçı kimi peşələr nisbət verməklə o adamlar haqqında qeybət edilmiş olur. Hərçənd bu kimi nişanlar, sifətlər və xüsususiyyətlər o şəxslərdə var,amma o şəxslər hazır olan yerdə onların haqqinda bu sözlər deyilməz, çünki onların bu sözlərdən xoşu  gəlməz.

Bir nəfər Peyğəmbərdən (s) soruşduki, əgər bir şəxdə mövcud olan nöqsan barəsində deyilsə, o da, qeybət sayılarmı? O cənab buyurdu ki, bəli, elə o şəxsdə, həqiqətən mövcud olan nöqsanları demək qeybət sayılır; əgər onda olmayan bir şeyi ona nöqsan tutsan,ona qeybət yox, böhtan deyərlər.

Bir nəfər başqa bir kəsin haqqında dedi ki, o, aciz adamdır. Peyğəmbər (s) buyurdu ki, onoun haqqinda qeybet eledin. O adam dedi ki, axı o doğurdan da belədir. O cənab buyurdu ki ,elə ona görə də qeybətdir; əgər belə olmasaydı, böhtan olardı. Qeybəti eşidən adam o sözlərlə razı olarsa, o da qeybət edən kimidir.

 Qeybət həmişə sözlərə deyil işarə və rəmzl də ola bilər. Bir dəfə Peyğəmbərin (s) zövzəsi Ayişə bir arvadın dalınca əlilə işarə edib, onun boynunun qısa, pota olduğunu  göstərdi. Peyğəmbər (S) buyurduki, qeybət elədin.

Qeybət elə bir rəzalətdir ki, çox vaxtqəzə,kin, həsəd və ədavət nəticəsində ortaya çıxır. Belə hallardao, qəzəb qüvvəsinin rəzaləti hesab lunur. Lakin onun başqa səbəbləri də ols bilər. Onların ən əsasları aşağıdakılardır:

1.   Istehza və məsxərə; bunlar şəxsin qayib olan halında qeybətə çevrlir.

2.   Zarafat; oyunbazlıq və adamları güldürməkdən ötrü müxtəlif təlxəklik işləri. Belə hallarda qeybət şəhvət qüvvəsinin rəzaləti olur; çünki qeybət edən şəxs pul, mal və ya bəzi adamların rəğbtini qazanmaq fikrində olur.

3.   İftixar. Yəni şəxs qeybitini etdiyi adamın nöqsanlı cəhətlərini göstörməklə özünün o nöqsanlardan xali olduğunu bildirərək öz fəzilətini aşkara çixarmaq istəyir. Bu isə həsəd və təkəbbürdən meydana çıxır və qəzəb qüvvəsinin rəzaləti sayılır.

4.   Bəzən də elə olur ki, bir adamın nalayiq bir iş gördüyünü deyirlər, o isə bu işdə onunla başqa bir adamın da şərik olduğunu onun qayib vaxtında söyləyir və bununla öz qəbahətini yüngül göstərmək üçün deyir ki, bəs nə üçün filankəs bu işi gördükdə ona eyb tutmadınız?  Bu o adamın nəfsini alçaqlığından və batini xəbisliyindən irəli gəlir.

5.   Bəzən də şəxs qeybət edənlərin dəstəsinə düşüb, onlardan geri qalmamaq üçün başqalarının eyb və nöqsanlarını açıb ortaya tökür. Bu da nəfsin xəbisliyindən doğan keyfiyyətdir.

6.   Elə hallar da olur ki, şəxs xəbər tutur ki, bir adamın, onun pis əməllərini aşkara çıxarıb onu biabır edecək; bu isə qabaqcadan o adamın ədavətini və onun nalayiq işlərini açıb danışır ki, sonradan o adam bunun qəbahətlərini danışanda, onun sözlərinin etibarsız etsin.

7.   Bəzən də şəxs bir adamda bir eyb və ya nöqsan gördükdə, ona rəhm edirmiş kimi məhzum halda onun bu eybi üçün başqalarının yaninda təəssüf edir; belə ki, əgər o adam hazır olsa, onun bu təəssüfü ona xoş gəlməz. Bu da qeybətin bir növüdür.

Category: Şəriətdən | Views: 1653 | Added by: _Gunahkar_ | Rating: 0.0/0
Total comments: 1
1 The_First  
0
bele seylerde calisib daima uzaq olmaq lazimdir..

Only registered users can add comments.
[ Registration | Login ]