Sığınacaq axtaranların sözü qorunmaq istəyənlərin daimi zikri olan ALLAHIN adı
ilə.Zülmkarların zülmündən .həsəd edənlərin məkr . hiyləsindən və zalımların
tüğyançılığından Allah-taalaya pənah aparıram.Ona həmd edənlərin həmdinin
fövqündə həmd edirəm.
İlahi yalnız Sənsən şəriksiz vahid kiminsə səni mülk
sahibi etməyinə ehtiyacı olmayan maliksən hökmündə müxalifət mülkündə çəkişmə
olmaz.Səndən istəyirəm bəndən və rəsulun Muhəmmədə salavat göndərəsən nemətlərinə
şükr etməyi mənə elə nəsib edəsən ki. Axırda sənin ən yaxın rizayətinə səbəb
olsun.Sənə itaət və həmişə ibadət etməkdə və savaba nail olmaqda öz lütf və
inayətləinlə yardım et. Və məni mənə mənfətli olan işlər görməyə müvəffəq et.Öz
kitabınla qəlbimi genişləndir.onu tilavət etməklə günahlarımı yu.Din və nəfsimi
sağlam et.Əxlaqımı yaxşılaşdır ki mənimlə ünsiyyətdə olanlar məndən vəhşət etməsinlər.İndiyə
qədər mənə ehsan etdiyin kimi eləcə də ömrümün qalan hissəsində də ehsanını mənə
tamamla Ey rəhm edənlərin ən rəhmlisi.
Həmd yalnız o Allaha məxsusdur ki yer və göyü yaradarkən heç kimi şahid tutmadı
Və yaradarkən köməkçi götürmədi.İlahiyyətində şərik qoşulmadı və vəhdaniyyətində
bir kəsə ehtiyacı olmadı Dillər Onu axıra qədər vəsf etməkdə ağıllar isə
onun(zatı) barəsində tam mərifət kəsb etməkdə acizdir.Cabbarlar (zalımlar)Onun
heybəti müqabilində xar böyük şəxsiyyətlər Onun xəşyəti qarşısında kiçik üzlər
Onun əzəməti müqabilində ram və zəlildir.Belə isə əbədi came və kamil həmd Sənə
məxsusdur. Onun əbədi təhiuuət və daimi salamı Rəsulu Muhəmmədə olsun.İlahi bu
günümüh əvvəlin səlah ortasın fəlah (qurtuluş)və axırını asanlıq qərar ver.Sənə
pənah aparıram elə bir gündən ki. əvvəli qorxu ortası səbirsizlik ahu-fəğan və
axırı isə dərd-bəla əzab-əziyyət ola.İlahi Sənin dərgahına vəfa etmədiyim bütün
nəzrlərdən və vəfalı qalmadığım bütün əhdlərdən tövbə edirəm.Sənin bəndələrinin
mənim üzərimdə olan haqlarını ödəmək üçün Səndən kömək istəyirəm.Sənin bəndələrinin
hər birinin mənimüzərimdə haqqı olmuş olsa onun özü namusu mal dövləti əhləyalı
övladı barəsində ona zülm etmiş olsam yaxud öz meylim həvayi nəfs təkəbbür
xudbinlik həsəd riya və əsəbləşmək üzündən onu çətinliyə salmış olsam hal
hazırda yanında və qaib diri və ya ölmüş olsa əlimdə onun haqqını qaytarmaqda
bir şey olmasa və ya əlim ona çatmadığı üçün ondan halallıq ala bilməsəm onda Səndən
istəyirəm ey insanların hacət və istəklərinə malik olan kəs bu hacətlər Sənin məşiyyət
və istəyinlə rəva olunur.Sənin iradənlə surətlə yerinə yetiriir;istəyirəm ki Həzrət
Muhəmməd və onun Əhli-beytinə salavat göndərib onu məndən Özün istədiyin tərzdə
razı salasan.Öz dərgahından olan rəhmət bəxş edəsən.Bağışlammaq Sənin fəzlini
azaltmaz nemət əta etməyin Sənə zərər yetirməz.Ey rəhm edənlərin ən rəhmlisi.Birincisi
Sənin itaətlərində olmaqla səadət. axırında bağışlanmaqla verdiyin nemət ey mənim
ilahim və ey o kəs ki Səndən başqası günahları bağışlamaz
Həmd olsun Allaha həmd onun haqqıdır.Ona layiq olduğu tərzdə çoxlu həmd edirəm.Allaha
pənah aparıb sığınıram nəfsimin şərindən.Çünki nəfs insanı Rəbbinin rəhm etdiyi
şəxslərdən başqa pisliklərə sürükləyir.Pənah aparıram Allaha şeytanın şərindən.o
şeytan kiməni günah üstündən günahımı artırır.Allaha pənah aparıram hər
günahkar zalımdan zülmkar hakimdən və güclü düşmənimdən.İlahi məni öz
qoşunundan qərar ver çünki həqiqətən yalnız Sənin qoşunun qalibdir.Məni öz
hizbindən qərar ver çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır.Məni
öz dostlsrından qərar ver çünki həqiqətən yalnız Sənin dostların üçün heç bir
qorxu yoxdur və onlar qəm-qüssə görməzlər.Pərvərdigara mənim dinimi islah et
çünki o işlərimin ismətidir.Axirətimi də islah et çünki o əbədi qərargah
evimdir alçaq insanlarla qonşuluqdqn sığınacaq yerimdir.Həyatımı hər bir xeyir
işdə artım səbəbi vəfatımı bütün şərlərdən xilas olma səbəbi qərar ver.Pərvərdigara
Həzrəti Muhəmmədə peyğəmbərlərin sonuncusuna və mürsəl peyğəmbərlərin sayının
tamamlayıcına onun pak-pakizə Əhli-beytinə. Nəcabətli səhabələrinə salavat göndər.bütün
qəm-qüssəmi aradan qaldır bütün düşmənlərimi dəf et.Səni and verirəm adların ən
yaxşısı olan Allah adına yerin və göyün Rəbbi olan Allah adına .Əvvəli Sənin qəzəbin
olan bütün xoşagəlməz işlərdən Səndən sığınacaq istəyirəm.Əvvəli Sənin
raxılığın olan bütün bəyənilən şeylər Səndən istəyirəm.Mənin ömrümü öz tərəfindən
olan bağışlanmağınla sona yetir.Ey ehsan sevən ALLAH.
hƏMD və səna yalnız o Allaha məxsusdur ki gecəni örtük yuxunu aramlıq gündüzü
iş fəaliyyət vasitəsi qərar verdi.İlahi Sənə həmdedirəm ki məni qəbrimdən
(yatağımdan )dirildib qaldırdın və əgər istəsəydin bu (müvvəqəti) ölümü əbədi
ölüm qərar verərdin.Sənə həmd edirəm daimi məxluqatın sayını hesablaya bilməyəcəyi
qədər bir həmd ilə.PərvərdigaraSənə həmd edirəm ona görə ki məni xəlq edib xilqətimi
normal qərar verdin işlərimi təqdir edib (hacətlərimi) rəcs qıldın məni öldürüb
sonra diriltdin xəstələndirib sağaltdın və afiyət verdin.İmtahan edib nemət əta
etdin.Ərşə hakim kəsilib mülkünü hər tərəfdən əhatə etdin . Pərvərdigara mən Səni
vasitələri zəif olan çarələri əcəli yaxınlaşan dünyada arzuları yaxınlaşan Sənin
rəhmətinə ehtiyacı şiddətlənən öz təfritinə həsrəti böyüyən sapmaları və həlakatı
çoxalan Sənin dərgahına tövbəsi xalis olan bir bəndən kimi Səni çağırıram.Pərvərdigara
peyğəmbərlərin sonuncusu olan Həzrəti Muhəmməd və onun pak-pakizə Əhli-beytinə
salavat göndər.O həzrətin şəfaətini mənə nəsib et onunla (cənnətdə)həmsöhbət
olmaqdan məni məhrum etmə.Həqiqətən Sən rəhm edənlərin ən rəhmlisisən.Pərvərdigara
(həftənin 4-cü günündə mənə 4 şeyi əta et qüvvəmi Sənə itaət etməkdə rəğbətimi
Sənin verəcəyin savabda sevincimi Sənə ibadət etməkdə zahidliyimi isə Sənin tərəfindəndərdli
əzaba səbəb olan şeylərdən uzaq olmaqda qərar ver.Həqiqətən Sən istədiyin şeylərə
qarşı lətif (lütf sahibi)sən.
Bağışlayan və mehriban Allahın adı ilə.Həmd və səna o Allaha məxsusdur ki,öz
qüdrəti ilə qaranlıq gecəni aparıb işıqlı gündüzü öz rəhməti ilə gətirdi,gündüzün
işıq libasıni mənə geyindirdi,mən də onun nemətlərinə qərq olmuşam.Pərvərdigara
bu gündə məni və ailəmi sağladığın kimi sair günlərdə də sağ-salamat saxla.Həzrət
Muhəmməd və onun övladlarına salavat göndər bu gün və bundan sonrakı gecələrdə
və gündüzlərdə haram işlərə mürtəkib olubgünah əməl kəsb etdiyib üçün mənə əzab
vermə.Bu günün onda olanların və ondan sonrakı günlərin xeyrini mənə nəsib et
bu günün onda olanların və ondan sonrakı günlərin şərini məndən uzaqlaşdır.Pərvərdigara
həqiqətən mən ,İslam əhd-peymanı ilə Sənə təvəssül edirəm,Quranın ehtiramına Sənə
etimadedirəm.Muhəmməd və oun Əhli-beytinə Sənin yanında şəfaətçi seçirəm.Ümid
etdiyim əhd-peyman səbəbilə mənim istəklərimi rəca qıl.Ey rəhm edənlərinən rəhmlisi.Pərvərdigara
beşinci (cümə axşamı) günündə mənə beş şeyi nəsib et.Bu gündə mənə genişlənən
yalnız kərəm nəzərlərin olsun,məni yalnız nemətlərin əhatə etsin.elə bir
sağlamlıq əta et ki.onunla Sənə itaət etmək üçün qüvvəli olum, elə iibadət qismət
et ki,onunla Sənin çoxlu savabına nail olum, halal ruzi genişliyi əta et
qorxulu hallardaöz tərəfindən olan əmin amanlıqla məni və ailəmi amanda saxla
.qəm-qüssə tufanlarından özün saxla,Muhəmməd və ali Muhəmmədə salavat göndər.ona
təvəssül etməyimi qiyamət günü şəfaətçi və faydalı et. Həqiqətən Sən rəhm edənlərin
ən rəhmlisisən.
Cümə gününün duası
Bağışlayan və mehriban Allahın adı iləHəmd olsun hər şeyin dirildib inşa edilməsindən
qabaq oilan bə hər şeyin fani olmasından sonra qalan hər şeyi bilən Allaha ,elə
bir Allaha ki.onu yad edənləri unutmaz.ona şükr edənləri naqis etməz ,onu
çağıranları məyus etməz.Ona ümüd bağlayanların ümüdünü kəsməz.Pərvərdigara mən
Səni şahid tuturam və Sən şahidlik cəhətindən hər şeyə kifayətsən habelə Sənin bütün
mələklərini,asimanlarının sakinlərini .ərşini həml edənləri.göndərdiyin peyğəmbərləri
rəsulları. Yaratdığın məxluq növlərini şahid tuturam ki,həqiqətən mən şəhadət
verirəm ki,Səndən başqa ibadətə,pərəstişə layiq loan heç bir məbud yoxdur ,təksən,şərikin
və müqabilin yoxdur.Öz sözünə vəfasız çıxmazsan ,dəyişdirməzsən.Həmçinin şəhadət
verirəm ki Muhəmməd (Sənin salamın ona və onun Əhli-beytinə olsun) Sənin bəndən
, rəsulun olub onun öhdəsinə qoyduğun ilahi risaləti layiqincə bəndələrinə
yetirdi .Asllah yolunda layiqcəsinə cihad etdi . haqq olan savaba müjdə verib .
sadiq olan cəzalardan çəkindirdi.Pərvərdigara nə qədər ki,diriyəm məni öz
dinində sabitqədəm et və qəlbimi hidayət olunduqdan sonra azğınlığa salma, öz
yanından mənə rəhmət əta et.Həqiqətən Sən çox bəxşiş edənsən. İlahi Muhəmməd və
onun Əhli beytinə salavat göndər, məni onun həqiqi işlərindən , ardıcıllarından
qərar ver, məni onun zmrəsində məhşərə gətir və cümə gününün vacib əməllər,ibadət
və itaətlərini yerinə yetirməkdə məni müvəffəq et.cümə günlərinin əhlinə qiyamət
günündə verəcəyin ətadan ( məhrum etmə ) Həqiqətən Sən izzətli və hikmətlisən.