Əziz müsəlmanlar! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır. Allah Qur'anda insanlara əmr edir: "Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110) "... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60) Namaz insanı pis əməllərdən çəkindirir "Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45) Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78) Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78) Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!
... Ətraflı oxu »
Allah Təala Cuma 8-də buyurur: (Ey peyğəmbər) de ki: ?(qorxub) qaçdığınız ölüm mütləq sizi haqlayacaq. Sonra siz gizlini də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir?
Bir ətrafınıza baxın. Bütün insanlar, qohumlarınız, valideyinləriniz, dostlarınız hər bir insan daha əvvəl yaşamış milyonlarla insanlar kimi öləcəklər. Allah bu gerçəyi Ənbiya 35 də belə göstərir: "Hər kəs (hər bir canlı) ölümü dadacaqdır. (dözüb dözməyəcəyinizi, şükr edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi xeyir və şərlə (sağlamlıq, var dövlət, cah-
... Ətraflı oxu »
Əslində Allahın və möminlərin düşməni olan şeytanın tələlərindən biri: İnsan övladını aldatmasıdır. Belə ki, insana zərərli olan bir şeyi və ya bir işi, ona faydalıymış kimi təşviq edər və insanı ora doğru sürükləyər. Sonra da durar, insanın fəlakətinə gülüb şadlanar. Ona oğurluq, zina və adam öldürmə kimi neçə-neçə günahları işləməsi üçün bütün gücü ilə təşviq edər, onu belə günahlı və fəlakətli yollara sürər, sonra da onun aqibətinə sevinər.
Rəsulullah(s.a.s) belə buyurdu: "Müsəlman Müsəlmanın qardaşıdır.ona zülm etməz, onu düşmana təslim etməz.din qardaşını ehtiyacını qarşılayanın Allah da ehtiyacını qarşılar.Bir müsəlmanın ayıbını örtənin Allahda qiyamət günündə eyiblərini örtər.” ... Ətraflı oxu »
Bu ilin aprel ayından televiziyanın izləyicilərin ixtiyarına veriləcəyi planlaşdırılır
Ölkəmizdə ilk dəfə olaraq İslami televiziya yayımlanacaq.
"Birlik” İslam İnternet Televiziyasının 1 aprel tarixindən iztifadəyə verilməsi planlaşdırılır. Bu Azərbaycanın internet sahəsində yenilik olacaq. ADSL internet istifadəçiləri 256mb ilə bu televiziyanı izləyə biləcəklər. Artıq xarici şirkətlə bütün danışıqlar, müqavilələr və pul köçürməsi həll olunub. BirlikTV barədə daha geniş məlumat veriləcək.
Bismilləhir-Rahmənir-Rahim! Mütəal Allah, insanların maddiyyat aləmində və həm də, Axirətdə səadət əldə etmələri üçün, nizama uyğun bir proqram tərtib etmişdir ki, həmin proqram insanların zahiri deyil, həqiqi xoşbəxtliyini təmin etməkdədir. Bu proqramın tələblərində hər hansısa bir yoruculuq, mürəkkəblik, ağırlıq müşahidə etmək qeyri-mümkündür.
Bu proqram, insanların enerji, güc-qüdrət, fitrət, daxili aləm, zəka, ruh və bütövlükdə vücuduna tamamilə uyğun bir formada tərtib edilmişdir. Bir-iki sözlə ifadə etsək, vacib əməlləri tərk etməmək, qadağan edilmiş haramlardan çəkinməkdən ibarətdir həmin proqram. Bu va
... Ətraflı oxu »
Cümə söhbətləri Bismilləhir-Rahmənir-Rahim! Yaşadığımız məhərrəm-səfər əyyamı – azadələrin, vicdanlıların sevdiyi bir dönəmdir. İmam Hüseyn (ə) teşnəsi olanların dönəmidir. Bu dönəm - İmam Hüseyni (ə) tanımaq dönəmidir. Bugünkü bəhsimizdə biz İmam Hüseynin (ə) mübarək şəxsiyyətinin bir neçə cəhəti ilə tanış olacağıq. Kərbəla hərəkatının mahiyyətini dərk etmək üçün bu hərakatın müqəddəs sərvərinin xüsusiyyətlərinə bələd olmaq son dərəcə mühümdür. YERLƏRİN və GÖYLƏRİN ZİNƏTİ... Ətraflı oxu »
İmam Sadiq (ə): "Babam Huseynin (ə) ziyarətində nə qədər savabın olduğunu bilsəydiniz, aranızda qan tökülmək ehtimalına qədər, bir-birinizi bu ziyarətdə ötməyə çalışardınız.”
Ərbəin günü Bismilləhir-Rahmənir-Rahim! Mahi-Muhərrəm daxil olduğu ilk gündən möminlər Həzrət Peyğəmbərin (s) istəkli nəvəsi, cənnət cavanlarının ağası olan Həzrət Huseyn (ə) üçün matəm saxlayıb, əzadarlıq edirlər və Həzrətin (ə) Kərbəla məktəbinin dərslərindən təbərrük götürməyə çalışırlar.
Bu il də, Muhərrəm ayının ilk günündən matəm saxlayan möminlər, nəhayət ki, ərbəin gününə- İmam Huseynin (ə) vəfatının qırxın
... Ətraflı oxu »
Sığınacaq axtaranların sözü qorunmaq istəyənlərin daimi zikri olan ALLAHIN adı
ilə.Zülmkarların zülmündən .həsəd edənlərin məkr . hiyləsindən və zalımların
tüğyançılığından Allah-taalaya pənah aparıram.Ona həmd edənlərin həmdinin
fövqündə həmd edirəm.
İlahi yalnız Sənsən şəriksiz vahid kiminsə səni mülk
sahibi etməyinə ehtiyacı olmayan maliksən hökmündə müxalifət mülkündə çəkişmə
olmaz.Səndən istəyirəm bəndən və rəsulun Muhəmmədə salavat göndərəsən nemətlərinə
şükr etməyi mənə elə nəsib edəsən ki. Axırda sənin ən y
... Ətraflı oxu »
MÜSƏLMAN ALİMLƏR ŞURASININ SƏDRİ, ƏSLƏN MİSİRLİ OLAN, QƏTƏRDƏ FƏALİYYƏT GÖSTƏRƏN, TANINMIŞ ƏHLİ SÜNNÜ ALİMİ YUSİF KARDAVİ İMAM ƏLİNİ İLK RAŞİDİ XƏLİFƏSI OLDUĞUNU VƏ İSLAMDA MÜVƏQQƏTİ EVLƏNMƏNİN HAQQ OLDUĞUNU BİLDİRİR
Alimin bu mövzuları qeyd etdiyi kitabı tezliklə ərəbcədən Azərbaycan dilinə tərcümə olunub, geniş kütlə istifadəsinə veriləcək