20.14.11 Namaz | |
Əziz müsəlmanlar! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır.
Allah Qur'anda insanlara əmr edir: "Namaz qılın..." (Qur'ani-kərim, əl-Bəqərə/110) "... Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar, cəhənnəmə zəlil olaraq girəcəklər!" (əl-Mu`minun /60) Namaz insanı pis əməllərdən çəkindirir "Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir." (əl-Ənkəbut/45) Hər müsəlman gündə beş vaxt namaz qılmalıdır Sübh (2 rükət) - "...sübh namazını da qıl!". (əl-İsra surəsi, 78) Zöhr (4 rükət) - "Günortadan [gün batmağa meyl edəndən] ... namaz qıl!". (əl-İsra/78) Əsr (4 rükət) - "...xüsusi iıə orta namaza riayət edin!". (əl-Bəqərə/238) Məğrib (3 rükət) - "Günortadan [gün batmaga meyl edəndən] gecənin qaranlığınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və işa] qıl!". (əl-İsra/78) İ'şa (4 rükət) - "Gecənin qaranlğınadək [lazımınca] namaz [zöhr, asr, məğrib və isa namazları] qıl!". (əl-İsra/78) Yuxarıdakılara əlavə dəlil: "[Ya Məhəmməd!] Namazı gündüzün iki başında [günortadan əvvəl və sonra: yə'ni səhər, günorta və günbatan çağı və ya günün iki başında: yəni səhər-axşam] və gecənin [gündüzə yaxın] bə'zi saatlarında [axşam və gecə vaxtı] qıl!". (Hud/114) Qeyd edək ki, beş vaxt namazın adlarının tərcüməsi günün ayrı-ayrı vaxtlarının mənasını verir ki, bu da namazların 5 müxtəlif vaxtda təyin olunmasına dəlalət edir. Unutmaq olmaz ki, hər namaz vaxtinda qılınmalıdır. Allah Təalə Qur'ani-kərimdə buyurur: "Həqiqətən namaz nöminlərə müəyyən vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa/103) "Allah sizin bunu [gecə vaxtlarını və saatlarını] ölçüb saya bilməyəcəyinizi [yaxud, bütün gecəni oyaq qalıb, ibadət edə bilməyəcəyinizi] bildiyi üçün, bu barəda sizə rüsxət verdi [gecə durub namaz qılmağı siz möminlərə vacib etmədi, onun yerinə gundə 5 vaxt namaz qılmağı buyurdu]". (əl-Müzəmmil/20) Hər bir müsəlmana Cümə namazına getmək vacibdir (qadınlar və uşaqlar müstəsnadır) "Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman, Allahı zikr etməyə tələsin və alış-verişinizi buraxın. Bilsəniz bu sizin üçün nə qədər xeyrlidir!". (əl-Çümüə/9) | |
|
Total comments: 0 | |