00.45.18 İlk İbadət Evi | |
Çox qədim zamanlardan Məkkə şəhərində yerləşən və müsəlmanların qibləsi sayılan Kəbə Evi çoxsaylı insanların müqəddəs ziyarətgahı olub. Bu müqəddəs ocaq Yer üzündə tikilmiş ilk ibadət evidir. "Ali-İmran" surəsinin 96-cı ayəsindən göründüyü kimi, Kəbə ibadət və Tanrıya tapınmaq üçün tikilmiş ilk evdir: "Həqiqətən, insanlar üçün ilk bina olunan ev (məbəd) Bəkkədəki evdir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır". Kəbənin tikilməsi Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır. Kəbə olduğu kimi "Kəbə" ərəb dilində "kub" deməkdir. Sahəsi: 10x12 metr, hündürlüyü isə 15 metrə yaxındır. Kəbənin qapısı təmiz qızıldandır və çəkisi 286 kiloqramdır. Kəbə qara ipəkdən olan parça ilə örtülüdür. Bu örtük ildə bir dəfə dəyişdirilir. Qapını örtən örtüyün üzərində Qurani-Kərimdən kəlamlar var. Tarixdə Kəbə Qədim zamanlardan müxtəlif tayfalar Kəbə Evini özləri üçün bütxanaya çevirmişlər. Məbədin içərisində yüzlərlə büt var idi. Onların arasında İbrahim Peyğəmbərin və İsa Peyğəmbəri (s.ə.s) əllərində saxlayan Məryəm Ananın şəkli də var idi. Meteorit, yoxsa cənnət bağından endirilən daş? Bir sıra alimlər belə hesab edirlər ki, Kəbədəki Qara daş möhkəm energetikaya malik meteoritdir. Bəzi alimlər isə belə fikir irəli sürür ki, bu daşda çatlar olduğu üçün o, dəmir deyil. Digər tərəfdən, suda batmadığına görə, daş meteorit ola bilməz. Analoci arqumentlər bu daşın meteorit olmamasını, məsələn, bazalt və ya əqiq olmasını da inkar edir. Kəbə-Qiblə Tarixi məlumatlara görə, Məhəmməd Peyğəmbər hələ hicrətdə - Mədinə şəhərində olarkən Allah buyurmuşdur ki, müsəlmanlar namaz qıldıqları zaman üzlərini Kəbəyə çevirsinlər. Həmin vaxta qədər müsəlmanlar ibadət zamanı üzlərini Beytül-Müqəddəsə, Qüds şəhərinə tuturdular. Kəbə və Məkkə bütün qurunun mərkəzidir Misir mütəxəssisi, Qahirə Universitetinin professoru doktor Hüseyn Kəmaləddin elmi olaraq sübut etmişdir ki, vulkanik fəaliyyət nəticəsində ilk dəfə quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. Həmin vaxta qədər isə bütün planet su ilə örtülmüşdür. Quru ərazilər buradan yayılmağa, genişlənməyə başlanmışdır. Uzun araşdırmalar nəticəsində 1977-ci ildə Kəbə və Məkkənin bütün quru ərazilərin mərkəzi olduğu rəsmi surətdə sübut edilmişdir. Məlum olmuşdur ki, Kəbənin dayandığı nöqtədə Yerin maqnit mərkəzi yerləşir. Maraqlıdır ki, Yerin maqnit qütbləri dəyişdiyi halda, Kəbədəki maqnit mərkəzi əvvəlki kimi qalır. Bu, dünyanın hər bir nöqtəsindən Kəbəyə olan istiqaməti (qibləni) ölçəndə müəyyən olunmuşdur. Alimlərin təəccübünə səbəb olan fakt bu olmuşdur ki, qiblə maqnit xətlərin (onlar bütün istiqamətlərdən Məkkəyə, Kəbəyə yönəlir) istiqaməti ilə üst-üstə düşür. Bundan başqa, Hüseyn Kəmaləddin müəyyən etmişdir ki, Yerin həqiqi maqnit meridianı hər kəsin düşündüyü kimi, İngiltərədən, Qrinviç şəhərindən deyil, Məkkədən keçir. Məlum olmuşdur ki, Qrinviç meridianı maqnit qütblərin dəyişməsi ilə yerini dəyişir, lakin Kəbədən keçən meridian öz yerində qalır. Belə ki, Yerin maqnit oxu məhz Kəbədən keçir. Nə qədər ki dağlar dayanıb, o da var olcaq!.. Məhəmməd Peyğəmbərin (s.ə.s) 35 yaşı olanda, onun mənsub olduğu Qüreyş qəbiləsi Kəbə Evini yenidən qurmaq fikrinə düşür. Kəbənin dağılmasından və xəzinəsinin oğurlanmasından ehtiyat edərək qüreyşilər dam tikmək istəyirlər. Belə ki, bəzi insanlar Kəbənin xəzinəsini gəlib oğurlayırdı. Xəzinə, adətən, Kəbənin içindəki quyuda olurdu. Lakin məbədi dağıtmaq istədikdə onun yanında nəhəng bir ilan peyda oldu. İlan heç kimə Kəbə Evinə yaxın gəlməyə imkan vermirdi. Qüreyşilər ilandan qorxub onu yemləyirdilər. Lakin ilan yenə də məbədə yaxınlaşmağa mane olurdu. Onda qüreyşilər Allaha üz tutub yalvardılar: "Ey Allah! Əgər razısansa, Sənin Evini ucaltmaq və bəzəmək istəyirik. Əgər yox, onda nə məsləhət bilirsənsə, onu da et!". Birdən onlar nəhəng bir quşun qanad səsini eşitdilər. Quş ilanı götürüb özü ilə apardı. Beləliklə, qüreyşilər Kəbə Evini söküb yenidən bərpa etmək istədilər. Elə bu zaman dəniz Ciddə yaxınlığındakı sahilə Bizans tacirinə məxsus bir gəmi atdı. Qüreyşilər Kəbənin yenidən tikilməsində dağılmış gəminin taxta hissələrindən istifadə etməyi qərara aldılar. Lakin Əbu Vəhab bin Əmr adlı birisi Kəbə Evinə yaxınlaşıb onu sökmək üçün bu məbədin bir daşını çıxartmaq istədikdə, gözlənilmədən daş onun əlindən sıçrayıb əvvəlki yerinə qayıtdı. Əbu Vəhab dedi: "Ey qüreyşilər! Kəbənin tikintisində yalnız halal yolla əldə etdiyinizi istifadə edin! Bu Evin tikintisində haram yolla, sələm və hər hansı bir insanın haqqını əzməklə əldə olunanı istifadə etmək olmaz!". Qüreyşilər Kəbə Evini halallıqla yenidən qurmağa hazırlaşdılar. Rəvayətlərə görə, onlar Kəbənin sütununda Assuriya dilində yazılmış aşağıdakı məktubu tapmışlar: "Mən Allah, Məkkənin sahibiyəm. Mən onu yeri və göyü yaratdığım, günəş və ayı işıqlandırdığım gün yaratdım. Mən onu 7 pak mələklə əhatə etdim. Nə qədər ki dağlar dayanıb, o da var olacaq. Onun əhalisinə suyunda və südündə xeyir-bərəkət olsun". Zəm-zəm çeşməsi Kəbənin qapısı ilə üzbəüz müqəddəs Zəm-zəm çeşməsi yerləşir. Həzrət İbrahimin Hicazda qoyub-getdiyi körpəsi İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermişdir. Körpə susuzluğa dözməyib ağlayır, ayaqlarını yerə döyürdü. Və elə bu zaman onun ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün, Kəbə Evinə gələn zəvvarlar, adətən, xüsusi qablarda Zəm-zəm suyunu özləri ilə vətənlərinə aparırlar. QARA DAŞ İndi həmin Qara daş Kəbənin cənub-qərb küncündə yerləşir. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və bir çox günahkar insanların ona toxunması nəticəsində zaman keçdikcə qaralıb. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər. Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər. | |
|
Total comments: 2 | ||
| ||