Haci
Cebrayilin "EL AMAN" sheri
Əl
əman!
Fəlakət bürüyüb bəşəriyyəti...
Qazana bilmirik halal neməti,
Məhəmməd hümməti çəkir zilləti –
Gəl! Yetiş imdada Sahibəz-Zaman!
Əl əman, əl əman, ya rəbb əl aman...
***
Bir yanda quraqlıq, bir yanda daşqın...
Bir yanda yanğınlar, qalmışıq çaşqın...
Vallah unutmuşuq ilahi eşqin –
Gəl! Yetiş imdada Sahibəz-Zaman!
Əl əman, əl əman, ya rəbb əl aman...
***
İlahi! Rəhməti götürmə yerdən.
Bərəkət nurunu nazil et göydən...
Ümidini üzməyib, günahkar bəndən –
Gəl! Yetiş imdada Sahibəz-Zaman!
Əl əman, əl əman, ya rəbb əl aman...
***
Cəbrayıl acizdir, gözü yoldadır,
Ürəyi ağrıyır, bəşər dardadır...
Başımız açılmır qeyli – qaldadır...
Gəl! Yetiş imdada Sahibəz-Zaman!
Əl əman, əl əman, ya rəbb əl aman...
|