01.17.05 “MEHDİ (Ə) TEZLİKLƏ ZÜHUR EDƏCƏK” | |
"MEHDİ
(Ə) TEZLİKLƏ ZÜHUR EDƏCƏK” İranın
dini lideri İslam ölkələrini ordularını birləşdirməyə və bu hadisəyə
hazırlaşmağa çağırdı İranın
dini lideri ayətullah Əli Xamneyi İmam Mehdinin (ə) tezliklə zühur edəcəyi
haqda sensasion bəyanatla çıxış edib. Dini liderin adından yayılan açıqlamada
deyilir ki, islam ölkələri öz ordularını birləşdirməli və İmam Mehdinin zühur
etməsinə hazırlaşmalıdır. Xamneyinin bu bəyanatı onun sözçüsü Əl-Səidi tərəfindən
yayılıb. Bəyanatda deyildiyinə görə, ABŞ və İsrail kimi ölkələr Mehdinin zühur
etməsinin qarşısını almağa çalışacaq. Ona görə də İran, Türkiyə, Livan,
Pakistan və Əfqanıstan kimi İslam ölkələri öz ordularını birləşdirərək buna
qarşı hazır olmalıdır. "İslam
ölkələri öz ordularını birləşdirib Mehdinin (ə) gəlişini gözləməli və dünyada
köklü dəyişikliklərə hazır olmalıdır” - deyə, Xamneyi bildirib. Əl-Səidi
deyib ki, İran Silahlı Qüvvələri Xamneyiyə tabedir və Mehdi (ə) zühur edəndə
onun əmrlərini yerinə yetirəcək. Onun sözlərinə görə, ayətullah Xamneyi
Mehdinin (ə) birbaşa təmsilçisidir, ona görə də ruhani liderə itaət etmək
birbaşa Mehdiyə (ə) itaət etmək kimidir. Qeyd edək ki, şiə inanclarına görə,
Mehdi 1141 il əvvəl qeybə çəkilən 12-ci imamdır. İraqın Samirə şəhərində qeybə
çəkilən Mehdinin (ə) İranın Qum şəhərində zühur edəcəyi deyilir. İnanclara görə,
o zühur edəndə dünyadakı bütün haqsızlıqları ortadan qaldıracaq. Mehdinin (ə)
Yer üzündə 7, 9 və ya 19 il qalacağı deyilir. Bəzilərinə görə, Mehdi (ə)
xristianlığa və yəhudilərə qarşı olacaq, iranlı ayətullahlara görə o əvvəlcə
xristianlardan və yəhudilərdən İslam dininə keçməyi tələb edəcək, bunu qəbul
etməsələr onları məhv edəcək. Lakin
ekspertlərə görə, İranın indiki hakimiyyəti Mehdinin (ə) zühur edəcəyi ilə
bağlı şiə təriqətində mövcud olan inancları siyasiləşdirir, bundan Qərbə qarşı
istifadə etməyə çalışır. Bu baxımdan İranın dini liderinin bəyanatı əslində müsəlman
ölkələrin İranın ətrafında birləşərək ABŞ və İsrailə qarşı vahid cəbhədə yer
almasına çalışmaq məqsədi güdür. "İslami Dəccal” adlı kitabı çapdan çıxan
amerikalı ekspert Joel Riçardson da deyir ki, Mehdi (ə) inancı daha çox şiə müsəlmanlar
arasında yayılıb: "Lakin İranda Mahmud Əhmədinejadın hakimiyyətə gəlişindən
sonra bu inanca siyasi məna yüklənməyə başlanıb. Ötən il Əhmədinejad
çıxışlarından birində İranı əslində İmam Mehdinin (ə) idarə etdiyini demişdi və
din xadimləri onun bu inancı siyasiləşdirməsinə qarşı çıxmışdı. Hətta nüfuzlu
din xadimlərindən biri demişdi ki, Mehdinin (ə) hökumətin işlərini dəstəklədiyini
demək ən böyük günahdır. Çünki İmam Mehdi (ə) heç vaxt İrandakı 30 faiz
inflyasiyanı və hakimiyyətin yol verdiyi səhvləri dəstəkləməz”. | |
|
Total comments: 4 | |||||
| |||||